AZ

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

Bakı. Trend:

“Neftçi” daha bir transferini rəsmiləşdirib.

Klubdan Trend-ə verilən məlumata görə, Azərbaycan millisininüzvü Emil Səfərovla 3 illik müqavilə imzalanıb.

“Qəbələ”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildənbu komandanın şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokununqalibi olub. O, milli komandanın heyətində 4 oyunda meydanaçıxıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl monteneqrolu yarımmüdafiəçiEdvin Kuçu heyətinə qatıb.

Seçilən
68
1
az.trend.az

10Mənbələr