AZ

"Neftçi" Azərbaycan millisinin üzvünü transfer edib

2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən \"Neftçi” daha bir transferini rəsmiləşdirib.

\"Ağ-qaralar\" Azərbaycan millisinin üzvü Emil Səfərovla 3 illik müqavilə imzalayıb.

\"Qəbələ”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub. O, yığmanın heyətində 4 oyuna çıxıb.

Qeyd edək ki, \"Neftçi” bundan əvvəl monteneqrolu yarımmüdafiəçi Edvin Kuçu transfer etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
22
azxeber.com

10Mənbələr