AZ

“Neftçi” millimizin üzvünü transfer etdi

“Neftçi” daha bir transferini rəsmiləşdirib.

Bizim.Media xəbər verir ki, milli komandamızın üzvü Emil Səfərovla 3 illik müqavilə imzalanıb.

“Qəbələ”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub. O, Azərbaycan milli komandasının heyətində 4 oyunda meydana çıxıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl monteneqrolu yarımmüdafiəçi Edvin Kuçu transfer etmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
107
20
bizim.media

10Mənbələr