AZ

Lionel Messi hansı yaşda futbol oynamağa başladığını açıqladı

“İnter Mayami”nin və Argentina yığmasının kapitanı, ulduz hücumçu Lionel Messi neçə yaşında futbol oynamağa başladığını açıqlayıb.

Arena.az “Clank” dərgisinə istinadən argentinalı ulduzun bu barədə açıqlamasını təqdim edir:

“Mən futbol oynamağa kiçik ikən, təxminən üç-dörd yaşım olanda başlamışam, amma Dünya Kuboku və ya digər yarışlardan xəbərsiz idim. Mən də əksər argentinalılar kimi, futbolu sevirdim. Mən həmişə şənlənməyə çalışmışam”, deyə “Leo” vurğulayıb.

Xatırladaq ki, Messi Argentina yığması ilə hazırda ABŞ-da keçirilən 2024-cü il Amerika Kubokunda iştirak edir.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz MLS təmsilçisinə PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Buna qədər Messi yalnız “Barselona” və PSJ-də çıxış edib.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 184 oyun keçirib, 108 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Fərdi mükafatlara gəlincə, “Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, o cümldən 8 ədəd “Qızıl top” mükafatı var.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
3
arena.az

10Mənbələr