AZ

Lionel Messi futbolun hansı dəyişikliklərə uğradığnı açıqladı

Argentina yığmasının və “İnter Mayami”nin hücumçusu və kapitanı Lionel Messi futbolun son illərdə necə dəyişdiyindən söhbət açıb.

Arena.az AS dərgisinin “Clank” dərgisinə istinadı əsasında argentinalı ulduzun bu barədə fikirlərini təqdim edir:

“Futbol çox dəyişib. Bu gün hər şey çox taktiki, hətta həddindən artıq taktiki… Bu gün hər biri dörd oyunçudan ibarət iki cərgəli və ya beş müdafiəçidən ibarət istənilən komanda, yaxşı təşkil edilmiş və koordinasiya edilmişsə, işinizi çətinləşdirir. Əvvəllər daha çox məkan vardı. Bu gün isə futbol daha taktiki və fiziki cəhətdən daha güclüdür”, deyə “Leo” vurğulayıb.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz MLS təmsilçisinə PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Buna qədər Messi yalnız “Barselona” və PSJ-də çıxış edib.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 184 oyun keçirib, 108 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yArgentina ığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Fərdi mükafatlara gəlincə, “Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, o cümldən 8 ədəd “Qızıl top” mükafatı var.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
7
arena.az

10Mənbələr