AZ

Moskva vilayətində iki pilotsuz təyyarə vurulub

Ötən gecə Moskva vilayətinin ərazisində Ukrayna Silahlı Qüvvələrinə məxsus iki təyyarə tipli pilotsuz uçan aparat vurulub.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi teleqram kanalında məlumat yayıb.

Bundan əlavə, növbətçi hava hücumundan müdafiə sistemləri Tverskaya vilayəti ərazisi üzərində dörd PUA və Belqorod vilayəti ərazisi üzərində bir PUA-nı məhv edib.

Bundan əvvəl Rusiya hava hücumundan müdafiə qüvvələri Smolensk vilayətində iki təyyarə tipli PUA-nı məhv edib. Rostov vilayətində Ukraynaya məxsus 4 pilotsuz uçan aparat vurulub. Tələfat və dağıntı olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
11
baku.ws

10Mənbələr