AZ

Rusiyada sərnişin qatarı qəzaya uğradı

Rusiyanın Komi Respublikasında Vorkuta-Novorossiysk xətti ilə hərəkət edən sərnişin qatarı qəzaya uğrayıb.

Ednews xəbər verir ki, bu barədə Rusiya Dəmir Yollarından məlumat verilib.

Məlumata görə, qatarın 9 vaqonu relsdən çıxıb.

Bildirilib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib və sərnişinlərə yardım üçün tədbirlər görülür.

“Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. Bu istiqamətdə bütün qatarların hərəkəti dayandırılıb”, - məlumatda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
4
ednews.net

10Mənbələr