AZ

Rusiyada sərnişin qatarı ilə bağlı qəzada 70 nəfər yaralanıb

Rusiyanın Komi Respublikasında Vorkuta-Novorossiysk sərnişin qatarının 9 vaqonu relsdən çıxaraq aşıb. Qəzada ölən olmayıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat üzrə İstintaq Komitəsinin Qərb Regionlararası İstintaq İdarəsi məlumat yayıb.

“Ümumilikdə, qatar 232 sərnişini daşıyan 14 vaqondan ibarət olub, ilkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb”, - deyə xəbərdə vurğulanıb.

İdarə hadisə nəticəsində 70 nəfərin yaralandığını qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
6
azpolitika.info

10Mənbələr