AZ

Rusiyada sərnişin qatarının 9 vaqonu relsdən çıxaraq aşıb –70 NƏFƏR XƏSARƏT ALIB

Rusiyanın Komi Respublikasında Vorkuta-Novorossiysk sərnişin qatarının 9 vaqonu relsdən çıxaraq aşıb.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya Dəmir Yollarının məlumatında deyilir.

 

Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib, sərnişinlərə kömək üçün tədbirlər görülür.

 

Qatarların hərəkəti dayandırılıb. 

 

Kominin rəhbəri Vladimir Uiba qatar qəzasının baş verdiyi əraziyə gedib.

 

Bu arada hadisə ilə bağlı Rusiyanın Nəqliyyat üzrə İstintaq Komitəsinin Qərb Regionlararası İstintaq İdarəsi məlumat yayıb. Bildirilib ki, “ümumilikdə, qatar 232 sərnişini daşıyan 14 vaqondan ibarət olub, ilkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb”.

 

İdarədən hadisə nəticəsində 70 nəfərin yaralandığı bildirilib.

 

Senzor.az

https://www.youtube.com/watch?v=RJtP0W2hrkQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
6
senzor.az

10Mənbələr