AZ

RegionRusiyada sərnişin qatarı ilə bağlı qəzada 70 nəfər yaralanıb - YENİLƏNİB

Komidə Vorkuta-Novorossiysk qatarının 9 vaqonun relsdən çıxaraq aşması nəticəsində ölən olmayıb.

“Far.Az” xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat üzrə İstintaq Komitəsinin Qərb Regionlararası İstintaq İdarəsi məlumat yayıb.

“Ümumilikdə, qatar 232 sərnişini daşıyan 14 vaqondan ibarət olub, ilkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb”, - deyə xəbərdə vurğulanıb.

İdarə hadisə nəticəsində 70 nəfərin yaralandığını qeyd edib.

20:25

Rusiyanın Komi Respublikasında Vorkuta-Novorossiysk sərnişin qatarının 9 vaqonu relsdən çıxaraq aşıb.

“Far.Az” xəbər verir ki, bu barədə Rusiya Dəmir Yollarının məlumatında deyilir.

Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib, sərnişinlərə kömək üçün tədbirlər görülür.

Qatarların hərəkəti dayandırılıb. Xəsarət alan sərnişinlərin sayı açıqlanmayıb. Kominin rəhbəri Vladimir Uiba qatar qəzasının baş verdiyi əraziyə gedib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
6
far.az

10Mənbələr