AZ

Özbəkistan prezidenti Dağıstanda baş verən terror aktları ilə bağlı Putinə başsağlığı verib

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Vladimir Putinlə telefon danışığında Dağıstanda baş verən terror aktları ilə bağlı başsağlığı verib.

 

Oxu24.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Xəbərdə Mirziyoyevin Dağıstandakı terror aktları ilə bağlı “dərin başsağlığı” verdiyi bildirilib.

 

Həmçinin telefonla prezidentlər Putinin Daşkəndə son səfərinin yekunlarına görə Rusiya-Özbəkistan əməkdaşlığının gələcək inkişafı məsələlərini müzakirə ediblər.

 

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Putinə başsağlığı verib.

 

İyunun 23-də Dərbənd və Mahaçqalada silahlı yaraqlılar pravoslav kilsələrinə, sinaqoqlara və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum ediblər. Dağıstanda əməliyyat-döyüş fəaliyyətinin aktiv mərhələsi başa çatıb, vəziyyət tamamilə hakimiyyətin nəzarəti altındadır, deyə regionun rəhbəri Sergey Melikov bildirib. Respublikada üç günlük matəm elan edilib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
50
oxu24.com

10Mənbələr