AZ

Dağıstanda terror zamanı ölənlərin sayı ARTIR

Dağıstanda baş verən hücumlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə respublika Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, terror aktı zamanı 46 nəfər yaralanıb, 7 yaralının vəziyyəti ağır qiymətləndirilir.
Dağıstan rəhbərinin sözlərinə görə, respublikada törədilən terror aktlarının iştirakçıları Serqokalinski rayonunun yerliləri olub, bu vilayətin rəhbəri tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, daha əvvəl İstintaq Komitəsi 15-i polis əməkdaşı və 4-ü mülki şəxs olmaqla, 19 nəfərin öldüyünü bildirmişdi.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
30
bizim.media

10Mənbələr