AZ

Moldovada ABŞ hərbçilərinin iştirakı ilə təlimlər başladı

Moldovada ABŞ, Rumıniya, eləcə də Kişinyovun bir sıra digər tərəfdaş ölkələrinin hərbi qulluqçuları və karabinerlərinin iştirakı ilə “Sülh Qalxanı 2024” təlimi başlayıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə   Respublika Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. .

 

Moldova Milli Ordusunun Baş Qərargah rəisinin müavini, general Sergey Çirimpei təlimlərin açılışında bildirib ki, “Sülh qalxanı” təkcə milli ordu üçün təlim deyil, həm də döyüş hazırlığının səviyyəsinin sınağıdır. 

 

Təlimin məqsədi 22-ci “Mavi Dəbilqəlilər” Sülhməramlı Batalyonunun Əməliyyat İmkanları Konsepsiyasına (OCC) uyğun olaraq qiymətləndirilməsidir.

 

“Sülh Qalxanı 2024” təlimi iyunun 28-dək davam edəcək.

 

Miri

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
50
oxu24.com

10Mənbələr