AZ

Hakan Fidan Çexiyalı həmkarı ilə görüşəcək

Türkiyənin Xarici işlər naziri Hakan Fidan iyunun 25-də paytaxt Ankarada çexiyalı həmkarı Yan Lipavski ilə görüşəcək.

  Söhbət zamanı ikitərəfli münasibətlər müxtəlif aspektlərdə nəzərdən keçiriləcək və mövcud əməkdaşlığın dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

  Nazir Fidanın Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük prosesi kontekstində Çexiya və Aİ-dan gözləntilərini də qonaq nazirə bildirəcəyi gözlənilir.

  İsrailin Fələstinə hücumları və Ukrayna müharibəsi başda olmaqla regional hadisələrin müzakirə ediləcəyi görüşdə Türkiyə ilə Çexiya arasında iqtisadi əlaqələr də gündəlikdə duran məsələlərdir.

  Qeyd edək ki, iki ölkə arasında 5,8 milyard dolları keçən ticarət həcminin yeni hədəfi 10 milyard dollar olaraq təyin edilib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
26
trt.net.tr

10Mənbələr