AZ

Türkiyəli nazir Fidan Rusiyada Lavrovdan sonra Putinlə görüşəcək

BRİKS Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün getdiyi Rusiyada rəsmi təmaslarını davam etdirən xarici işlər naziri Hakan Fidan Kubanın xarici işlər naziri Bruno Rodriguez Parrilla və Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb. Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir Fidanın təmasları zamanı görüşlərin keçirildiyi zalda Çinin xarici işlər naziri Vanq Yi ilə də qısa görüşü olduğu bildirilib. Mövzu ilə bağlı Xarici İşlər Nazirliyindən verilən açıqlamada: "Nazirimiz Hakan Fidan Nijni Novqorodda BRİKS+ Toplantısı çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb", - deyə qeyd edilib. Fidan Lavrovla görüşdə Qəzzadakı son vəziyyət dəyərləndirilib, ikitərəfli və regional əlaqələr müzakirə edilib, Türkiyə üçün əhəmiyyət kəsb edən iqtisadi məsələlər gündəmə gətirilib. Kremldən verilən açıqlamada Rusiya prezidenti Vladimir Putinin gün ərzində xarici işlər naziri Hakan Fidanı qəbul edəcəyi barədə məlumat verilib. Görüşün axşam saat 18.00-da baş tutacağı açıqlanıb. Nazir Fidan bu gün BRICS Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində keçiriləcək BRICS+ sessiyasında iştirak edəcək. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
26
bizimyol.info

10Mənbələr