AZ

Hakan Fidan bu gün Putinlə görüşəcək

Bakı. TurkicWorld :

Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanla görüşəcək

TurkicWorld xəbər verir ki, Fidan on ölkədən ibarət BRİKS qrupu çərçivəsində təşkil edilən BRICS+ sessiyasında iştirak etmək üçün Rusiyaya səfər edib. Görüşdə beynəlxalq təhlükəsizlik, dayanıqlı inkişaf və qlobal idarəetmə məsələləri müzakirə edilib. Sessiyada BRİKS üzvü olan ölkələrlə yanaşı, Türkiyə də daxil olmaqla 15 qonaq ölkənin xarici işlər nazirləri də iştirak edib.

Səfər çərçivəsində Xarici İşlər Naziri Fidanın Nijni Novqorod bölgəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə də görüşü baş tutub. Görüşdə ikitərəfli və regional əlaqələr müzakirə edilib, Türkiyə üçün vacib olan iqtisadi məsələlər gündəmə gətirilib. İki nazir Qəzzada son vəziyyəti də dəyərləndiriblər.

Qeyd edəki, nazir Fidanın bu gün Rusiya prezidenti Putinlə də görüşü gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
50
turkic.world

10Mənbələr