AZ

Hakan Fidan Rusiyaya səfər edəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan 10-11 iyunda Rusiyaya səfər edəcək.

Ednews TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.

Hakan Fidan "BRICS" Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Nijni Novqorodda keçiriləcək "BRICS+" Sessiyasında iştirak edəcək.

Keçiriləcək görüşlərdə Qəzzadakı son hadisələr, Ukrayna, Suriya, Liviya və Cənubi Qafqaz başda olmaqla regional və beynəlxalq problemlər müzakirə olunacaq.

Məlumat üçün qeyd edək ki, Hakan Fidanın səfəri zamanı Rusiyada bizneslə məşğul olan türk iş adamları ilə görüşü gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
26
ednews.net

10Mənbələr