AZ

Xaçmazda Vətən Müharibəsi qazisinin toy mərasimi keçirildi - FOTO/VİDEO

Xaçmazda Vətən Müharibəsi qazisi Aydın Fətiyevin toy mərasimi baş tutub.

Bizim.Media xəbər verir ki, Xaçmaz şəhərindəki şadlıq mərasimlərindən birində keçirilən xeyir işdə qazinin doğmaları, hərbçi yoldaşları iştirak edib.

Valideynlərin xeyir duasından sonra şəhid ailələrinin nümayəndələrinə söz verilib.

Təbrikləri vətənpərvərlik mövzusundakı mahnılar, qazilərin, toya qatılanların çılğın rəqsləri əvəzləyib.
Toy mərasimində iştirak edən mətbuat nümayəndələri çıxış edərək Vətənin dar günündə 61 eloğlusu ilə müharibəyə könüllü qatılmış Aydın Fətiyevə ən xoş arzularını bildiriblər, onun Füzuli, Cəbrayıl və Laçın uğrunda gedən döyüşlərdə fəal iştirak etdiyindən danışıblar.

Qeyd edək ki, Aydın Fətiyev bağça müəlliməsi Aytac İskəndərova ilə ailə həyatı qurub.
 

 





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
bizim.media

10Mənbələr