AZ

AMEA-nin alimləri Ağdaş rayonunda Vətən Müharibəsi Qazisi Ədil Ədilovun nişan mərasimində iştirak ediblər FOTOLAR

AMEA Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov, Fəlsəfə və Sosiologiya İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zöhrə Əliyeva Vətən müharibəsi Qazisi, Cəsur döyüşçü, Suqovuşanın azadlığı uğrunda medalları ilə təltif olunmuş, Prezident təqaüdçüsü Ağdaş rayonunun Cardan kəndində yaşayan Ədil Ədilovun nişan mərasimində iştirak ediblər.

Mərasimə qatılan alimlər Qazinin ailə üzvləri ilə görüşmüş, gəncləri təbrik etmiş AMEA və AHİK adından nişan xonçaları və maddi yardımlar edilmişdir. İştirakçılar qarşısında çıxış edən Sənan Həsənov AMEA Prezidenti, akademik İsa Həbibbəylinin və AHİK sədri Səttar Möhbalıyevin gənclərə təbriklərini çatdırmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək tarixi Zəfəri bizə yaşatdıqlarına görə Ədil Ədilovun timsalında bütün Qazilərimizə və Şəhid ailələrinə alimlər adından minnətdarlıq ifadə olunub. Nişan mərasimi adət-ənənələrimizə uyğun olaraq icra edilib.

Mərasimdə kənddə şəhidlərin əziz xatirəsinə həsr olunmuş bulaq ziyarət olunmuş ruhlarına dualar oxunmuşdur. Qazi və Şəhid ailələrinin üzvləri, qonaqlar və kənd camaatı bu diqqətə görə AMEA və AHİK rəhbərliyinə o cümlədən ziyalılara öz minnətdarlıqlarını ifadə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
50
sesqazeti.az

10Mənbələr