AZ

Meyxanaçı Ağamirzənin qızı ABŞ-da ailə qurub - VİDEO

Meyxanaçı Ağamirzə Məmmədovun qızı ABŞ-da ailə həyatı qurub.

Bizim.Media xəbər verir ki, bu haqda söz xiridarı qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.

Ağamirzə bu ilin iyununda ailə quran qızının toyunda iştirak edə bilmədiyini açıqlayıb:

“Oğlan (Kürəkəni Mehdini nəzərdə tutur) Amerikada işləyirdi. Onlar bir-birini çoxdan istəyirdilər. Qızım həm təhsil almağa, həm onunla ailə qurmağa getmişdi. İyunun səkkizində toyları olub. Biz iştirak edə bilmədik. Allah necə yazıb, elə də olmalıdır. El adəti ilə toy ediblər. Məclisi də Elariz (“Green card”la ABŞ-a köçən müğənni Elariz Məmmədoğlu - red.) idarə edib”.

Proqramda A.Məmmədovun baba olduğu da açıqlanıb. Onun böyük qızının övladı olub.
 


Rəşad Əliyev, Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
50
bizim.media

10Mənbələr