AZ

Qəzada ölənlər Vətən müharibəsi iştirakçıları imiş - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirirək yol kənarında dayanan traktora dəyib. Nəticədə sürücü və sərnişini M.Musədirov hadisə yerində həyatını itiriblər.

 

Modern.az-ın məlumatına görə, həyatını itirən hər iki şəxs zabit olub.

 

Həlak olan Müsədirov Murad Aydın oğlu mayor rütbəsini daşıyırdı. O, Vətən müharibəsində iştirak edib və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. Müharibə zamanı kapitan rütbəsini daşıyıb.

 

Həyatını itirən digər hərbçi isə Mustafayev Kənan Tapdıq oğlu olub. O da Vətən müharibəsi iştirakçısıdır və baş leytenant rütbəsini daşıyıb. Müharibə zamanı leytenant olan Kənan “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif olunub.

 

Həlak olan hərbçilərin fotolarını təqdim edirik:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50
modern.az

10Mənbələr