AZ

"Fənərbaxça" ulduz futbolçunu transfer edir

"Fənərbağça" "Qalatasaray"a transfer olunan Batşuayinin yerini Memfis Depayla doldurmağa çalışır.

AzxeberSport İspaniya mətbuatına istinadən xəbər verir ki, futbolçunun "Atletiko Madrid"lə müqaviləsi iyunun 30-da başa çatacaq. Klub Depayla yeni sözləşmə imzalamaq niyyətində deyil. O "Fənərbaxça"ya transfer oluna bilər. 

Qeyd edək ki, ispan mediasında "Fənərbağça"nın Çağlar Söyüncü və Alvaro Moratanı da Madrid təmsilçisindən qoparmaq istədiyi bildirilib. 

Depaya gəlincə isə, futbolçu ötən mövsüm 33 oyunda 9 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
2
azxebersport.az

10Mənbələr