AZ

Avropa çempionatı terrorçuların hədəfinə çevrilə bilər - Xəbərdarlıq

Avropa

Futbol üzrə Avropa çempionatı İŞİD-in hədəfinə çevrilə bilər.

Reyting.az
xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Almaniya Konstitusiyasının Müdafiəsi üzrə Federal Büronun (BfV) rəhbəri Tomas Qaldenvanqa istinadla məlumat yayıb.

Onun sözlərinə görə, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra Almaniyada terror təhlükəsi artıb.
Qaldenvanqın fikrincə, mümkün ssenari Moskvadakı son terror hücumları kimi genişmiqyaslı və koordinasiyalı ola bilər.

Kəşfiyyat rəhbəri əlavə edib ki, İslam Dövləti-Xorasan qruplaşması (“Krokus Siti”-yə hücuma görə məsuliyyəti öz üzərinə götürən vilayəti Xorasan hücrəsi) “Ukraynadan olan qaçqınlar adı altında” öz tərəfdarlarını Qərbi Avropaya daşımağa nail olub. Bundan əlavə, qrup öz tərəfdarlarını Avropada “yumşaq hədəflərə” hücum etməyə çağıran çoxsaylı təbliğat videoları yayımlayıb.

Almaniyanın daxili işlər naziri Nensi Feser isə deyib ki, Avropa cihadçı təşkilatların keçidindədir.

Onu da xatırladaq ki, hələ mart ayında alman ekspertləri xəbərdarlıq etmişdilər ki, terrorçular Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının oyunlarına dronların köməyi ilə hücum təşkil edə bilərlər.

E. KAMAL
Seçilən
126
50
reyting.az

10Mənbələr