AZ

“Məni ən çox sevindirən həm atların, həm də idmançıların çempionatı zədəsiz başa vurmasıdı” – Bəhruz Nəbiyev

Bakıda ilk dəfə keçirilən çövkən üzrə dünya çempiontında Azərbaycan birinci yeri tutub.

Bağlanış mərasimindən sonra Beynəlxalq Çövkən Federasiyasının (BFÇ) prezidenti Bəhruz Nəbiyev jurnalistlərə açıqlama verib:

“Çox möhtəşəm çempionat keçirildi. Komandalar çox gözəl, fərqli oyun göstərdilər. Bu, ilk rəsmi dünya çempionatı idi. Yarışda 10 komanda iştirak edirdi. Bütün ölkələri təbrik edirəm. Məni ən çox sevindirən həm atların, həm də idmançıların çempionatı zədəsiz başa vurmasıdı”.

Nəbiyev növbəti illərdə baş tutacaq yarışlarla bağlı son yenilikləri də diqqətə çatdırıb:

“Ayın 10-11-də Beynəlxalq Çövkən Feserasiyasının növbədənkənar baş assambleyası keçirildi. Assambleyada beynəlxalq çövkən qaydaları təsdiqini tapdı. Eyni zamanda, 2025-ci ildə qitə çempionatının keçirilməsi təsdiqləndi. Biz növbəti ildə Afrika, Avropa və Cənubi Amerikada bu cür turnirlərin keçirilməsinin şahidi olacağıq. 2026-cı ildə isə ikinci dünya çempionatı baş tutacaq. Bunun tarixi və məkanı barədə 2025-ci ildə qərarlar qəbul edəcəyik. Bununla yanaşı, 2025-ci ildə Avropa çempionatı Polşada təşkil olunacaq. Həmin ölkədə Beynəlxalq Çövkən Federasiyasının növbəti Baş Assambleyası keçiriləcək. Orda da bir sıra vacib qərarlar veriləcək. BÇF-nin artıq 53 üzvü var. Bu da o deməkdi ki, federasiya bütün dünya ölkələrini özündə cəmləşdirir”.

RÖYANƏ OĞUZ
Seçilən
147
50
football-plus.az

10Mənbələr