AZ

Bəhruz Nəbiyev: "2026-cı ildə isə ikinci dünya çempionatı baş tutacaq"

“Komandaların hər biri çox yaxşı mübarizə apardılar”.

İdman.biz xəbər verir ki, bunu Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Bəhruz Nəbiyev deyib.

O, Bakıda keçirilən çövkən üzrə dünya çempionatını şərh edib. Qurum rəsmisi bildirib ki, ötən il mundialda iştirak edən komandalar bu il daha fərqli çıxış ediblər: “Komandalar özlərini daha da təkmilləşdirmişdilər. Məni sevindirən məqam isə həm atların, həm idmançıların turniri zədəsiz başa vurmasıdır”.

Qurumun növbədənkənar ikinci Baş Assambleyasının keçirildiyini diqqətə çatdıran B. Nəbiyev burada bir sıra vacib qərarların təsdiq olunduğunu söyləyib: "2025-ci ildə qitə çempionatının keçirilməsi təsdiqləndi. Biz növbəti ildə Afrika, Avropa və Cənubi Amerikada bu cür turnirlərin keçirilməsinin şahidi olacağıq. 2026-cı ildə isə ikinci dünya çempionatı baş tutacaq. Bunun tarixi və məkanı barədə 2025-ci ildə qərarlar qəbul edəcəyik. Bununla yanaşı, 2025-ci ildə Avropa çempionatı Polşada təşkil olunacaq. Həmin ölkədə Beynəlxalq Çövkən Federasiyasının növbəti Baş Assambleyası baş tutacaq. Burada da bir sıra vacib qərarlar veriləcək. BÇF-nin artıq 53 üzvü var. Bu da o deməkdir ki, federasiya bütün dünya ölkələrini özündə cəmləşdirir”.

Qeyd edək ki, Bakıda keçirilən çövkən üzrə dünya çempionatında 10 ölkənin təmsilçiləri çıxış ediblər.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
50
idman.biz

10Mənbələr