AZ

Kemeron Rusiya nefti daşıyan tankerləri saxlamağı təklif edib

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Rusiya neftini daşıyan tankerləri saxlamağı təklif edib.

 

Oxu24.com xəbər verir ki,O, bu barədə “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.

 

“Biz Rusiya neftini qeyri-qanuni şəkildə bütün dünyaya daşıyan kölgə donanmasını tutmalıyıq. Bu tankerlər hər dəfə İtaliya limanına yaxınlaşanda, mən onları saxlaya bilmək istəyirəm”,-deyə o bildirib.

 

Əvvəllər bildirilirdi ki, Böyük Yeddiliyə (G7) daxil olan dövlətlər Rusiyanın enerji layihələrinin həyata keçirilməsinə müdaxilə etməyə hazırlaşır.

 

İyunun 13-də G7 ölkələri bloklanmış Rusiya maliyyə aktivlərinin Ukraynanın xeyrinə istifadəsi ilə bağlı siyasi saziş bağlaya bildilər.

 

Söhbət 50 milyard dollar məbləğində kreditin verilməsindən gedir ki, bu, Rusiya Federasiyasının aktivləri hesabına ödəniləcək.

 

Bundan əvvəl Rusiya Federasiyasından neft daşıyan tankerin neft sanksiyalarından yayınmağın yeni yolunu göstərdiyi bildirilirdi.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
44
oxu24.com

10Mənbələr