AZ

İsveçrə Xarici İşlər Nazirliyi Ukrayna üzrə ikinci sammitin mümkün tarixlərini açıqlayıb

Ukrayna ilə bağlı növbəti beynəlxalq konfrans ABŞ-da 2024-cü il noyabrın 5-nə təyin edilmiş prezident seçkilərindən əvvəl baş tuta bilər.

 

Oxu24.com xəbər verir  ki,bu barədə RİA Novosti-yə İsveçrə Xarici İşlər Nazirliyinin kommunikasiyalar departamentinin rəhbəri Nikolas Bidot bildirib.

 

İyunun 16-da Ukrayna prezidenti Vladimir Zelenski ikinci “sülh sammiti”nə hazırlıqların artıq getdiyini bildirib.

 

Ukrayna liderinin sözlərinə görə, artıq Ukrayna üzrə ikinci sülh konfransına ev sahibliyi etməyə hazır olan ölkələr var. Onun sözlərinə görə, onlarla artıq danışıqlar başlayıb.

 

Zelenski həmçinin bildirib ki, İsveçrədəki konfransdan sonra qəbul edilən “fəaliyyət planı” ikinci sammitdən əvvəl Rusiyaya gətiriləcək.

 

İyunun 15-16-da İsveçrədə Bürgenstok kurortunda Ukrayna üzrə sülh konfransı keçirilib. Sammitin yekun sənədini 91 iştirakçı ölkədən 80-i dəstəkləyib, xüsusən də Braziliya və Hindistan İsveçrədə keçirilən konfransın yekun sənədini dəstəkləməyib.

 

Bundan əvvəl Yunanıstanın baş nazirinin keçmiş müşaviri İsveçrədə Ukrayna ilə bağlı konfransın əsl məqsədini açıqlamışdı.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
34
oxu24.com

10Mənbələr