AZ

"Çin Putinin xahişi ilə İsveçrədə Qlobal sülh sammitinə qatılmayıb" - Sallivan

"Bu, Rusiyanın Ukrayna müharibəsi ilə bağlı Çinin mövqeyindən xəbər verir..."
 
"Kiyev Pekinlə dialoqa açıqdır, çünki ölkələrin əsas mövqeləri üst-üstə düşür..."
 
Çin İsveçrədə Qlobal sülh sammitinə qatılmayıb. Pekin bəyan edib ki, istənilən sülh prosesi "Rusiya və Ukraynanın iştirakını tələb edəcək" və sülhlə bağlı öz ideyalarını irəli sürüb. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat verib.
 
Məlumatda deyilir ki, tədbirdə 100-dən artıq ölkə və təşkilat təmsil olunub. Qeyd edilir ki, onlarla dövlət ölkə və hökumət başçıları səviyyəsində təmsil olunub.
 
Çin nümayəndəsinin olmamasını ABŞ prezidenti Co Baydenin müşaviri Ceyk Sallivan şərh edib. O, güman edib ki, bu, Putinin xahişi ilə əlaqədardır.
 
"Çin burada təmsil olunmayıb, aydındır ki, Putin onlardan tədbirə qatılmamağı xahiş edib, onlar da onun sözünü yerə salmayıb. Düşünürəm ki, bu, Rusiyanın Ukraynada müharibəsi ilə bağlı Çinin mövqeyindən xəbər verir", - o, vurğulayıb.
 
Sallivan əlavə edib ki, onun fikrincə, "ölkələr buna diqqət yetirməlidir".
 
Çin sammitdə iştirak etməyib: Ukrayna prezidenti Ofisinin münasibəti
 
Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak bəyan edib ki, qarşılıqlı tənqidə rəğmən, Kiyev Pekinlə dialoqa açıqdır, çünki ölkələrin əsas mövqeləri üst-üstə düşür.
 
Yermak qeyd edib ki, Çinin sammitdə olmamasına rəğmən, orada hadisələr diqqətlə izlənilir.
 
O, həmçinin xatırladıb ki, Pekin Ukraynanın 2023-cü ilin avqust ayında Səudiyyə Ərəbistanında keçirilən ikinci konfransında təmsil olunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
296
34
moderator.az

10Mənbələr