AZ

Narışkin: Əgər Putinin planından imtina edilərsə, Ukrayna üçün şərtlər daha da sərtləşəcək

Əgər Ukrayna hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin irəli sürdüyü sülh təklifindən imtina edərsə, yeni şərtlər daha mürəkkəb və sərt olacaq. Bunu Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

Sergey Narışkin TASS-a müsahibəsində Ukraynanın yeni sülh təklifindən imtina edəcəyi təqdirdə nə baş verəcəyi ilə bağlı sualı cavablandırarkən deyib: “Sülhün əldə oluna biləcəyi və hansısa sülh sazişinin imzalanması üçün növbəti şərtlər Ukrayna üçün daha mürəkkəb və sərt olacaq”. 

Bundan əvvəl Rusiyada olan ukraynalı siyasətçi Viktor Medvedçuk bildirmişdi ki, Vladimir Putinin Ukrayna ilə bağlı təşəbbüsü Ukraynanın dövlətçiliyini qorumaq üçün son şansdır. Onun fikrincə, əks halda Ukraynanın digər vilayətləri üçün də Rusiyaya birləşmək üçün referendum keçiriləcək.

İyunun 14-də Vladimir Putin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün şərtlər irəli sürüb. Ukrayna prezidenti Vladimir Zelenski isə İsveçrədə keçirilən sammitin yekunlarına dair mətbuat konfransında bildirib ki, Ukrayna tərəfi Rusiyanın ərazi bütövlüyünə hörmət edəcəyi təqdirdə onunla danışıqlara başlamağa hazırdır. 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
34
fins.az

10Mənbələr