AZ

Avropa Komissiyasının rəhbəri dünya qiymətlərinin artmasında Rusiyanı günahlandırıb

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen İsveçrədə Ukrayna ilə bağlı keçirilən konfransda dünyada enerji və ərzaq qiymətlərinin artmasının günahını Rusiyanın üzərinə atmağa çalışıb.

 

Oxu24.com  xəbər verir  ki,bu barədə RİA Novosti yazır.

 

“Rusiyanın təcavüzkar müharibəsinin əks-sədası bütün dünyada əks-səda verir. Ərzaq qiymətləri kimi enerji qiymətləri də qalxıb”.

 

Daha sonra Avropa Komissiyasının Beynəlxalq Əlaqələr Departamentinin baş direktoru Kristina Lobillo Borrero Bakı Enerji Forumunda çıxış edərək bildirib ki, hazırda Avropa İttifaqı çox ciddi enerji böhranı yaşayır.

 

Bundan əvvəl AK rəhbəri elan etmişdi ki, Avropa ölkələrinin dondurulmuş Rusiya aktivlərinin yerləşdirilməsi nəticəsində əldə etdikləri gəlir iyul ayından etibarən Ukraynaya verilməyə başlayacaq.

 

Ursula fon der Leyen Berlində Ukraynanın bərpasına dair konfransda da əlavə edib ki, Kiyev ölkənin infrastrukturunu bərpa etmək üçün əlavə vəsait alacaq.

 

Bundan əvvəl Avropa Komissiyası Ukraynanın Aİ-yə daxil olmaq üçün bütün şərtləri yerinə yetirdiyini açıqlamışdı.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
34
oxu24.com

10Mənbələr