AZ

Xaçmazda keçirilən “Son zəng” tədbirindən DUYĞULU ANLAR – FOTO/VİDEO 

Onbirincilərin "Son zəng" mərasimi bu gün istifadəyə verilməsindən 10 il keçən Xaçmazın Palıdlı kənd tam orta məktəbində də təmtəraqlı şəkildə baş tutub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Palıdlı məktəbi 2014-cü ilin yanvar ayında Heydər Əliyev Fondunun dəstəyilə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə salınmış Palıdlı kəndində inşa edilib. 

Mərasimdə onbirinciləri duyğulandıran təsirli anlar yaşanıb, onlar öz ürək sözlərini dilə gətirib, valideynləri, müəllimləri rəqs ediblər. Elə "son zəng"i də məktəbin buraxılış imtahanında yüksək nəticə göstərən iki məzunu çalıb.
Qeyd edək ki, bu il Palıdlı kənd tam orta məktəbini 13 şagird bitirib, bununla da məktəbin ümumi məzunlarının sayı 87 nəfərə çatıb.

Qeyd edək ki, bu il Quba-Xaçmaz Regional Elm və Təhsil idarəsinin 5 şimal rayonu üzrə 210 məktəbdən 5438 məzun bitirib.
 















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
50
bizim.media

10Mənbələr