AZ

Fazil Mustafa: “Nikah üçün tibbi müayinə ilə bağlı qaydalar ciddi şəkildə sərtləşdirilməlidir”

"Bu ilin 4 ayında nikah bağlayanların sayı 14 min, boşananların sayı isə 7 min olub. Hesab edirəm ki, boşanmaların səbəbləri içərisində minimum 30 faizi tibbi müayinə ilə bağlı məsələnin ciddi şəkildə əməl olunmaması ilə bağlıdır". 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin iyunun 14-də keçirilən iclasında deputat Fazil Mustafa deyib. 

“Onlarla ailə var ki, ailə qurandan iki ay sonra fərdlərdən birinin ağır xəstəliyə düçar olduğu bəlli olur.

Bir ailənin sütunu başdan dağılmış vəziyyətə gəlib çıxır. Söhbət boşanmadan, ayrılmadan getmir. İki nəsil arasında böyük problemlər yaşanmış olur. Tibbi müayinə ilə bağlı qaydalar ciddi şəkildə sərtləşdirilməlidir",-deyə o qeyd edib. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
11
bizim.media

10Mənbələr