AZ

"Tibbi müayinə ilə bağlı qaydalar ciddi şəkildə sərtləşdirilməlidir” - Fazil Mustafa

“Bu ilin 4 ayında nikah bağlayanların sayı 14 min, boşananların sayı isə 7 min olub. Hesab edirəm ki, boşanmaların səbəbləri içərisində minimum 30 faizi tibbi müayinə ilə bağlı məsələyə ciddi şəkildə əməl olunmaması ilə bağlıdır”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. 

 

Millət vəkilinin dediyinə görə, onlarla ailə var ki, ailə qurandan iki ay sonra fərdlərdən birinin ağır xəstəliyə düçar olduğu bəlli olur:

 

"Bir ailənin sütunu başdan dağılmış vəziyyətə gəlib çıxır. Söhbət boşanmadan, ayrılmadan getmir. İki nəsil arasında böyük problemlər yaşanmış olur. Tibbi müayinə ilə bağlı qaydalar ciddi şəkildə sərtləşdirilməlidir”.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
11
sfera.az

10Mənbələr