AZ

Deputat: Nikah üçün tibbi müayinə ilə bağlı qaydalar ciddi şəkildə sərtləşdirilməlidir

Bu ilin 4 ayında nikah bağlayanların sayı 14 min, boşananların sayı isə 7 min olub. Hesab edirəm ki, boşanma səbəblərinin minimum 30 faizi tibbi müayinə ilə bağlı qaydalara ciddi şəkildə əməl olunmaması ilə bağlıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin iyunun 14-də keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, onlarla ailə var ki, ailə qurandan iki ay sonra fərdlərdən birinin ağır xəstəliyə düçar olduğu bəlli olur:

"Bir ailənin sütunu başdan dağılmış vəziyyətə gəlib çıxır. Söhbət boşanmadan, ayrılmadan getmir. İki nəsil arasında böyük problemlər yaşanmış olur. Tibbi müayinə ilə bağlı qaydalar ciddi şəkildə sərtləşdirilməlidir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
11
operativmm.az

10Mənbələr