AZ

Tibbi müayinə ilə bağlı qaydalar ciddi şəkildə sərtləşdirilməlidir

"Bu ilin 4 ayında nikah bağlayanların sayı 14 min, boşananların sayı isə 7 min olub. Hesab edirəm ki, boşanmaların səbəbləri içərisində minimum 30 faizi tibbi müayinə ilə bağlı məsələnin ciddi şəkildə əməl olunmaması ilə bağlıdır".

News24.az xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Fazil Mustafa bildirib. 

“Onlarla ailə var ki, ailə qurandan iki ay sonra fərdlərdən birinin ağır xəstəliyə düçar olduğu bəlli olur.  Məncə nigahdan əvvəl tibbi yoxlama sərtləşdirilməlidir ki, boşanmaların sayı azalsın".

Şəhanə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
10
news24.az

10Mənbələr