AZ

Bu gedişlə bağlanan iş yerlərinin sayı açılan iş yerlərini keçəcək- Razi Nurullayev

Son zamanlar bağlanan iş yerlərinin sayı az qala açılan iş yerlərinin sayına çatır. Bunu deputat Razi Nurullayev deyib. 

"İş yerlərinin açılması gözəl təqdim olunur. Amma bağlanan iş yerlərindən danışan yoxdur. Həmin iş adamları küsüb kənarda qalır. Bağlanan iş yerlərinin sayı bu gedişlə açılan iş yerlərinin sayını keçəcək. Nəzarət və monitorinq mexanizmləri əsaslı şəkildə təkmilləşdirilməlidir”, - deputat iyunun 14-də Milli Məclisdə çıxışı zamanı bildirib. 
 
Bundan əvvəl deputat Vüqar Bayramov söyləyib ki, Azərbaycanda özəl sektordə yeni iş yerlərinin artırılmasına ehtiyac var. 

Deputat Tahir Mirkişili də təklif edib ki, bağlanan iş yerlərinin bağlanma səbəblərinin təhlil edilməsi məqsədəuyğun olar.
 
Gülnar Nazimqızı





www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
40
anews.az

10Mənbələr