AZ

Ölkədə fəaliyyət göstərən muzdlu işçilərin sayı açıqlanıb

"Hazırda muzdlu işçilərin sayı 1 milyon 748 min nəfərdir. Bunun 899 mini dövlət, 849 mini isə özəl sektorun payına düşür. Göründüyü kimi dövlət sektoru iş yerlərinin sayında öndədir".

Oxu24.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin Əmək və sosial siyasət komitəsinin iyunun 3-də keçirilən iclasında "Məşğulluq haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, məqsəd özəl sektorun payının artırılmasına nail olmaqdır:

"Birmənalı şəkildə özəl sektora yeni iş yerlərinin artırılması üçün şərait yaratmaq lazımdır. Dövlət büdcəsi daha çox həssas qrupların maliyyələşdirilməsini həyata keçirməlidir. Təəssüf ki, özəl sektor dövlət sektoruna uduzur".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
40
oxu24.com

10Mənbələr