AZ

Deputat müjdə verdi: Yeni iş yerləri açılacaq

“Bizi ən çox narahat edən məsələlərdən biri də məşğulluqdur, iş yerlərinin olmamasıdır. İndi biz ayın 7-də Milli Məclisin plenar iclasında “Məşğulluq haqqında” qanuna dəyişiklik edəcəyik. Orada icbari tibbi sığortadan əlavə vəsait qalır. O vəsait əlavə iş yerlərinin açılmasına sərf ediləcək. Yəni hansı sahələrdə iş yerlərinin açılmasına ehtiyac varsa, vəsait ora yönləndiriləcək”.

TEMPİNFO xəbər verir ki, bu sözləri millət vəkili Vahid Əhmədov Müsavat TV-ın efirində səsləndirib. Deputat peşə təmayüllü sahələrdə daha çox hazırlıq işlərinin aparılacağını diqqətə çatdırıb:

“Bu işlər hökumət tərəfindən müntəzəm aparılır. Biz də çalışırıq ki, bu məsələlər öz həllini tapsın. Amma konkret sahələr var. Bu sahələr də prioritet sahələr olduğu üçün vəsait əsasən o sahələrə ayrılacaq”, – deyə millət vəkili bildirib.

TEMPİNFO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
40
tempinfo.az

10Mənbələr