AZ

Azərbaycanın tələblərinin alternativi yoxdur:” Əgər Ermənistan bu məsələni yubadarsa…”- ŞƏRH

“Ermənistanın ictimai-siyasi mühitində davam edən gərginlik Paşinyan hakimiyyətini Azərbaycanla sülh müqaviləsini imzalamaq üçün ciddi addımların atılmasında ehtiyatla davranmağa məcbur edir. Hətta Nikol Paşinyan son keçirdiyi parlament saatında Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün son düzəlişlərin edildiyini və bir ay ərzində ikitərəfli bir sənədin imzalana biləcəyi ilə bağlı fikir bildirib. Azərbaycan qəti şəkildə sülh müqaviləsini imzalamaq üçün Ermənistanın ərazi iddiaları olmamalı olduğunu bildirir. Çünki Ermənistanın müstəqillik aktında və Konstitusiyasında Qarabağ Ermənistanın tərkib hissəsi kimi qeyd olunub. Amma Qarabağ heç vaxt Ermənistanın olmayıb və bu gün Azərbaycan öz ərazilərində işğala son qoymaqla bütün suverenliyini bərpa edib”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan erməni xalqına “xəyali Ermənistan”dan uzaqlaşıb real Ermənistanın suverenliyini təmin etmək üçün Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasının vacib olduğunu bildirib:

“Azərbaycanla münasibətləri normallaşdırıb sülhə imza atmaq üçün Ermənistan Konstitusiyasında dəyişikliyin edilməsi mütləqdir. Biz ərazilərimizə qarşı rəsmi şəkildə iddiası olan ölkə ilə sülhü necə imzalaya bilərik? Təbii ki, bunu Paşinyan da yaxşı bilir. Amma Ermənistanın ictimai-siyasi mühitinin gərgin olması Paşinyanın əl-qolunu bağlayır və qəti addımların atılmasına ehtiyatla yanaşmağa vadar edir. Hesab edirəm ki, yaxın zamanlarda Ermənistanda Konstitusiya dəyişiklikləri ediləcəyi ilə bağlı məsələni elan edəcəyinin də şahidi olacağıq. Çünki Azərbaycanın tələblərinin alternativi yoxdur. Tələblərimiz beynəlxalq hüquq normaları üzərində qurulub. Əgər Ermənistan rəhbərliyi real dövləti qurmaq istəyirsə, xəyallardan uzaqlaşıb beynəlxalq hüquq normaları çərçivəsində hərəkət etməyə başlamalıdır. Bizə Ermənistanla sülh müqaviləsi bağlamaq lazımdır. Çünki bu, Cənubi Qafqaz regionuna sülh və inkişaf gətirəcək. Amma Ermənistan bu məsələni yubadarsa, bizim üçün də bu məsələ o qədər də vacib olmayacaq. Çünki yollarımızı Ermənistansız da aça bilərik. Kənarda qalan isə yenə də Ermənistan olacaq”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
50
editor.az

10Mənbələr