AZ

Zelenski G7 sammitindən DANIŞDI: "Mühüm qərarlar veriləcək..."

Ukrayna lideri Volodimir Zelenski G7 sammitindən öncə fikirlərini bölüşüb.

 

Sfera.az bildirir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.  

 

Zelenski qeyd edib ki, sammitin böyük hissəsi Ukraynaya, onun müdafiəsi və iqtisadi dayanıqlılığına həsr olunacaq:

 

“Bu gün mühüm qərarlar gözləyirik. Bizim üçün əsas məsələlər döyüş təyyarəsi koalisiyasının inkişafı, pilotların hazırlığının və təyyarələrin çatdırılmasının sürətləndirilməsidir. Eyni zamanda, ən güclü Qərb sistemləri əsasında Ukrayna hava hücumundan müdafiə sisteminin inkişafı, Rusiya aktivlərinin xeyrimizə, xüsusən də müdafiə sənayemizin inkişafı və birgə silah istehsalı üçün istifadə formatının təsdiqidir. Bu gün mən də G7-nin iclasında iştirak edəcəyəm və bir sıra ikitərəfli görüşlər keçirəcəyəm”.

 

Zelenski İtaliyanın Baş naziri Giorgia Meloni, həmçinin Kanada və Böyük Britaniyanın Baş nazirləri Castin Trüdo və Rişi Sunak, Avropa Şurasının prezidenti Şarl Mişellə görüşəcəyini vurğulayıb.

 

“ABŞ Prezidenti Co Bayden və Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşlər zamanı ikitərəfli təhlükəsizlik sazişləri imzalanacaq”, - Zelenski əlavə edib.

 

Ukrayna lideri son olaraq G7-nin həmişə Kiyevi dəstəkləyəcəyini bilıdirib: “Tərəfdaşlarımıza bizə inandıqlarına görə minnətdaram”.

 

Günay 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
48
sfera.az

10Mənbələr