AZ

Roma Papası Zelenskinin Ofis rəhbərini qəbul etdi… - FOTOLAR

Yazını böyüt
Yazını kiçilt

Roma Papası Fransisk Vatikanda Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakı qəbul edib.

Hafta.az xəbər verir ki, “UNİAN”-ın yaydığı məlumata görə, bu barədə PO rəhbəri “X” sosial şəbəkəsində yazıb.

Yermak qeyd edib ki, görüş onun İtaliyaya işgüzar səfəri zamanı baş tutub.

“Bu, vacib görüş idi. Bu söhbət zamanı mən Həzrətlərinə Prezident Vladimir Zelenskinin sülh formulunun fəlsəfəsi haqqında məlumat verdim və niyə yalnız bunun ədalətli sülhə yol açdığını izah etdim”, - deyə Yermak bildirib.

O əlavə edib ki, Papa ilə İsveçrədə keçiriləcək Qlobal Sülh Sammitinə hazırlıq məsələlərini də müzakirə ediblər.

“Ölkədən zorla çıxarılan ukraynalı uşaqların geri qaytarılması məsələsinə xüsusi diqqət yetirilib. Bizə nəticələr lazımdır, ona görə də uşaqlarımızı geri qaytarmaq üçün hər şeyi edirik. Roma Papası Fransisk bu məsələdə də Ukraynaya dəstəyini ifadə etdi”, – deyə PO rəhbəri vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
48
hafta.az

10Mənbələr