AZ

Argentina prezidenti Ukrayna ilə bağlı sammitə qatılacaq - Zelenskidən XÜSUSİ DƏVƏT

Argentina Prezidenti Xavyer Miley Ukrayna münaqişəsinin həllinə dair İsveçrədə keçiriləcək konfransda iştirak etmək qərarına gəlib. 


Sfera.az xəbər verir ki, bu barədə Argentinanın “Clarin” qəzeti yazıb.

 

Əvvəlcə konfransa iştirak etməyəcəyini bildirən dövlət başçısının son anda qərar dəyişdirdiyi qeyd olunub. Nəşrin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski Mileyə xüsusi mesaj göndərərək ondan heç olmasa sammitin açılış mərasiminə qatılmasını xahiş edib. 


Argentinanın müdafiə naziri Luis Petrinin də İsveçrəyə səfər edəcəyi deyilir.

 

Nəşr qeyd edib ki, Argentina lideri iyunun 13-14-də İtaliyada keçiriləcək Yeddilik Qrupu (G7) sammitində iştirak etdikdən sonra konfransa qatılacaq.

 


İyunun 15-dən 16-dək İsveçrənin Bürgenstok kurortunda Ukraynadakı münaqişənin həlli üzrə sammit keçiriləcək. Toplantıya 160-dan çox ölkədən nümayəndə heyətləri dəvət olunub. 100-dən az ölkə iştirakını təsdiqləyib. Çin sammitdə iştirak etməyəcək, Rusiya dəvət edilməyib, ABŞ Prezidenti Co Bayden isə tədbirdə iştirak edə bilməyəcək.

 

Əzizə
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
48
sfera.az

10Mənbələr