AZ

Digər ölkələrBayden və Zelenski İtaliyada G7 sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər

ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə İtaliyada “Böyük Yeddilik” (G7) sammiti çərçivəsində görüş keçirməyə razılaşıb.

“Far.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlər İsveçrədə Ukrayna üzrə qarşıdan gələn sülh sammitini müzakirə ediblər:

"Bu sammitdə Ukraynanın BMT Nizamnaməsinə, o cümlədən suverenlik və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq ədalətli və davamlı sülhə olan istəklərini dəstəkləmək üçün ABŞ-ni təmsil edəcəklər. C.Bayden ABŞ-nin Ukraynaya dəstəyinin sarsılmaz olduğunu vurğulayıb. Liderlər müzakirələri davam etdirmək üçün İtaliyada keçiriləcək G7 sammitində yenidən görüşmək barədə razılığa gəliblər".

C.Bayden və V.Zelenski həmçinin Ukrayna münaqişəsi ətrafındakı vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, G7 sammiti iyunun 13-15-də İtaliyanın cənubundakı Puqliyada keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
48
far.az

10Mənbələr