AZ

Azərbaycan bankları hərracda nə qədər dollar alıb? - Rəsmi

Azərbaycan Mərkəzi Bankı cümə axşamı valyuta hərracında 75,1 milyon ABŞ dolları satıb. Bu barədə Mərkəzi Bankdan məlumat verilib. 
 
Bu məbləğ əvvəlki hərrac zamanı 72,8 milyon ABŞ dolları olub.
 
"Cümə axşamı hərracda tələb 75,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib. Tələbin nisbətən yüksək olması cari həftənin çərşənbə axşamının qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır.", - mərkəzdən bildirilib.

2024-cü ilin birinci rübündə  Mərkəzi Bankın valyuta ehtiyatları 0,35% və ya 41,4 milyon dollar artıb.
 
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.
 
Aytac 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
4
anews.az

10Mənbələr