AZ

Banklar hərracda nə qədər dollar alıb? - Məbləğ

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında 107,1 milyon ABŞ dolları satıb. 
 
Bu məbləğ əvvəlki hərrac zamanı 75,1 milyon ABŞ dolları olub.
 
"Çərşənbə axşamə hərracda tələb 107,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
Tələbin nisbətən yüksək olması ötən həftənin cümə axşamının qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır", - mərkəzdən bildirilib.

2024-cü ilin birinci rübündə  Mərkəzi Bankın valyuta ehtiyatları 0,35% və ya 41,4 milyon dollar artıb.
 
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.
 
Aygün

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
241
6
anews.az

10Mənbələr