AZ

Banklar hərracda nə qədər dollar alıb? - Məbləğ

Azərbaycan Mərkəzi Bankı cümə axşamı valyuta hərracında 69,6 milyon ABŞ dolları satıb. Bu barədə Mərkəzi Bankdan məlumat verilib. 
 
Bu məbləğ əvvəlki hərrac zamanı 77,9 milyon ABŞ dolları olub. 
 
"Cümə axşamı hərracda tələb 69,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib", - mərkəzdən bildirilib.

2024-cü ilin birinci rübündə  Mərkəzi Bankın valyuta ehtiyatları 0,35% və ya 41,4 milyon dollar artıb.
 
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.

Gülnar Nazimqızı 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
5
anews.az

10Mənbələr