AZ

Banklar hərracda 80 milyona yaxın dollar alıb - Rəsmi

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında 77,9 milyon ABŞ dolları satıb. Bu barədə Mərkəzi Bankdan məlumat verilib. 
 
Bu məbləğ əvvəlki hərrac zamanı 44,9 milyon ABŞ dolları olub. 
 
"Çərşənbə axşamı hərracda tələb 77,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib", - mərkəzdən bildirilib.


2024-cü ilin birinci rübündə  Mərkəzi Bankın valyuta ehtiyatları 0,35% və ya 41,4 milyon dollar artıb.
 
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.

Gülnar Nazimqızı 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
5
anews.az

10Mənbələr