AZ

SosialDSX-nin ildırım vurması nəticəsində həlak olan əsgəri Əli Nağıyev Gəncədə dəfn edilib - FOTO

SİZİN REKLAM BURADA!055 213 76 73

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində iyunun 9-da ildırım vurması nəticəsində həlak olan əsgəri Əli Elşən oğlu Nağıyevlə Gəncə şəhərində keçirilən vida mərasimi başa çatıb.

Far.Az report-a istinadən xəbər verir ki, əsgər Əli Nağıyev Gəncə Şəhidlər Xiyabanında dəfn olunub.

Xatırladaq ki, DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

Far.Az QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
49
far.az

10Mənbələr