AZ

Rusiya ərazisində 25 Ukrayna dronu MƏHV EDİLDİ

İyunun 8-nə keçən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus 25 pilotsuz təyyarəni vuraraq məhv edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rostov vilayəti ərazisi üzərində iki pilotsuz təyyarə məhv edilib, Belqorod vilayəti üzərində bir pilotsuz uçuş aparatı məhv edilib və ikisi ələ keçirilib, Bryansk və Tula vilayətləri üzərində bir pilotsuz uçuş aparatı vurulub, Həştərxan vilayəti üzərində üç pilotsuz uçuş aparatı məhv edilib.
Bundan əlavə, dördü Krım üzərində olmaqla daha 5 PUA vurulub, altı pilotsuz təyyarə isə Krasnodar diyarı üzərində ələ keçirilib.

Müdafiə Nazirliyi onu da bildirir ki, Qara dənizdə Krım yarımadasına doğru hərəkət edən iki pilotsuz kater məhv edilib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
11
bizim.media

10Mənbələr