AZ

Azərbaycan və BƏƏ "yaşıl" enerji sahəsində tarixi uğura imza atıb - Nazir

Azərbaycan və BƏƏ "yaşıl" enerji sahəsində tarixi uğura imza atıb.

Olaylar.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov bu gün Azərbaycanda 1 qiqavatt gücündə günəş və külək enerjisi stansiyaslarının təməlqoyma mərasimində deyib.

"Bu gün Azərbaycan və BƏƏ münasibətlərindəki qardaşlıq, dostluq və strateji tərəfdaşlıq sinerjisi sayəsində növbəti tarixi uğura imza atıb. 1 qiqavatt gücündə 3 stansiyanın təməlqoyma mərasimi təkcə Azərbaycanda "yaşıl" enerji sahəsində ilk addım deyil, həm də həmrəyliyimizin və COP29-a ev sahibliyi edən ölkələr kimi "yaşıl" dünya naminə enerji keçidinə öhdəliyimizin parlaq nümunəsidir", - o deyib.

Nazir əlavə edib ki, illik 2,3 milyard kilovatt-saat elektrik enerjisi istehsalı, 500 milyon kubmetrdən çox təbii qaza qənaət, eləcə də, 1 milyon tondan çox karbon qazı emissiyasının qarşısının alınması bu elektrik stansiyalarının dayanıqlı inkişafa gələcək töhfəsidir.

"Masdar" ilə biurlikdə ekoloji proqramımızı həyata keçirməyə şadıq", - nazir sonda deyib.

Qeyd edək ki, üç layihəyə 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyalarından və 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyası daxildir. Layihələr üzrə investisiya razılaşmaları 2023-cü ilin oktyabrında əldə edilib, bundan sonra elektrik enerjisinin satın alınması, elektrik ötürülməsi xəttinə qoşulma və torpaq icarəsinə dair müqavilələr imzalanıb.

Bakı Enerji Həftəsinin açılışında keçirilən mərasim "Masdar" şirkətinin Azərbaycanla qlobal strateji tərəfdaş olaraq uzunmüddətli əməkdaşlığa sadiqliyini təsdiqləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
50
olaylar.az

10Mənbələr